Ali məktəblərdə 4,6 milyon manatlıq MALİYYƏ POZUNTUSU AŞKARLANDI

saytların hazırlanması

Evə çatdırılma

Ali məktəblərdə 4,6 milyon manatlıq MALİYYƏ POZUNTUSU AŞKARLANDI

İqtisadiyyat

19 Noyabr 2026 11:33 57


Azərbaycanda ali təhsil müəssisələrində tədrisə cəlb edilmiş yerli professor-müəllim heyətinin əməyinin ödənilməsi zamanı 4,6 milyon manat məbləğində vəsaitin təkrar xərcləndiyi müəyyən edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Plat.az-a Hesablama Palatasından bildirilib.

Məlumata görə, Palata bu il Elm və Təhsil Nazirliyi və seçilmiş ali təhsil müəssisələrində səmərəlilik auditi aparıb. Məişət texnikası

Audit ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə fəaliyyətləri əhatə edib.

Təkrar icra edilmiş 4,6 milyon manat vəsaitin müvafiq qaydada bərpası ilə bağlı Maliyyə Nazirliyinə və Elm və Təhsil Nazirliyinə müraciət olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!