ABŞ-də 40 il əvvəl alınan və bütün bu müddət ərzində eyni sahibdə qalan avtomobil hərraca çıxarılıb.
“Yeni Sabah” xəbər verir ki, 1986-cı il istehsalı olan “Yugo GV” cəmi 195 kilometr yol getməsi və ilkin vəziyyətinin qorunması kolleksiyaçıların marağına səbəb olub.
Ömrünün böyük hissəsini qarajda keçirən nəqliyyat vasitəsinin 55 at gücünə malik 1,1 litrlik, dörd silindrli mühərriklə təchiz edilib. Onda dörd pilləli mexaniki sürət qutusu var. Standart “Yugo GV” modelində kaset maqnitofonu, dam yük yeri, arxa şüşə siləni və sonradan quraşdırılmış kondisioner də mövcuddur. Elektronika məhsulları
İlkin satış qiyməti 4379 dollardan başlayan maşına verilən təkliflər artıq həmin məbləği ötüb. Xəbər hazırlanarkən avtomobil üçün ən yüksək təklif 7100 dollara çatıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız