Leonardo Di Kaprionun 52-ci doğum günü məclisində Hollivudun tanınmış simaları bir araya gəlib.
“Yeni Sabah” xəbər verir ki, ən çox müzakirə olunan məqam çoxsaylı gənc qadınları daşıyan ağ avtobus olub.
Onlar Al Paçino, Tobi Maquayr, Adrien Brodi, Cona Hill və Keysi Afflek kimi aktyorlarla birlikdə məclisə təşrif gətiriblər. Elektronika məhsulları
Reper "50 Cent" də avtobusla məclisə gətirilən gənc və cazibədar qadınların iştirak etdiyi gecəni “çılğın” adlandırıb. O, məclisdən görüntülərin yer aldığı foto kolajını "Instagram" hesabında paylaşıb: “Partiyə dəvət olunmamısan, lənət olsun! Bu nə deməkdir? Leonun məclisi çılğın idi!”
Xatırladaq ki, Leonardo Di Kaprio əvvəllər özündən 25 yaşdan çox kiçik qadınlarla münasibət yaşamadığı barədə iddialarla tez-tez gündəmə gəlib. Aktyorun 2023-cü ildən etibarən 28 yaşlı italiyalı model Vittoria Çeretti ilə sevgili olduğu məlumdur.
Məclisə avtobusla gətirilən qadınların görüntüləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu tənqid edərək qadınların belə təqdim olunmasına qarşı çıxıblar. Şərhlərdə qadınlar yük maşınının arxasına yığılmış heyvanlara bənzədilib. İstifadəçilər bu cür yanaşmanın qadın ləyaqətinə və insanın şəxsiyyətinə hörmətsizlik olduğunu bildiriblər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız