Keçmiş əri xərçəng xəstəsi üçün yığılan pulları oğurlayıb?

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş əri xərçəng xəstəsi üçün yığılan pulları oğurlayıb?

Hadisə

10 İyun 2022 23:35 1166


Azərbaycanda xərçəng xəstəsi üçün yığılan pul oğurlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə zərərçəkmiş özü sosial şəbəkə hesabından məlumat yayıb.

Belə ki, xərçəng xəstəliyindən əziyyət çəkən və müalicəsinə pul yığılan Aytən İsmayılzadə kartına toplanmış pulların oğurlandığını bildirib. Dördpendirli pizza

O iddia edib ki, təqsirkar keçmiş həyat yoldaşı Kamran İsmayılzadədir. Qadın kartından 2400 manatın oğurlandığını deyib.

A.İsmayılzadə daha sonra pulun 2 min manatının geri qaytarıldığını yazıb.

Məsələyə Daxili İşlər Nazirliyi də münasibət bildirib. Qeyd olunub ki, həmin şəxslə bağlı araşdırmalara başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!