Zaqatalada keçmiş məhkumdan 3 kiloqramdan artıq marixuana götürülüb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Zaqatala şəhər sakini Rafael Heydərov saxlanılıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Toyuqlu pizza
Telegram kanalımız