Ermənistanda keçmiş məmurların arvadları ifadə vermək üçün Milli Təhlükəsizlik Xidmətinə (MTX) çağırılıblar.
Yenisabah.az “Joğovurd” xəbər verir ki, qadınların əksəriyyəti uşaq bağçalarının direktorlarıdır. Onların adları yaxın vaxtlarda açıqlanacaq. Onlar uşaq bağçalarında mənimsəmələrlə bağlı aparılan istintaq çərçivəsində dindiriləcəklər.
Bu yaxınlarda Ermənistan MTX uşaq bağçalarını qidalandırmaqdan qazanc əldə edən cinayətkar dəstənin üstünü açdığını bəyan edib. Dördpendirli pizza
İş materiallarına görə, uşaq bağçalarının ərzaqla təmin edilməsi üzrə tenderdə qalib gələn iki şirkət sənədləri saxtalaşdıraraq məktəbəqədər uşaq müəssisələrinin müdirlərinin köməkliyi ilə ərzaq təchizatı üçün ayrılan pulları mənimsəyiblər. Evlərdə və ofislərdə aparılan axtarışlar zamanı 22 milyon dram (55 min dollar) nağd pul, qızıl-zinət əşyaları, mobil telefonlar və kompüterlər aşkar edilib.
5 nəfər həbs edilib.
Telegram kanalımız