Keçmiş nazirdən Əli Nağıyev haqda -   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş nazirdən Əli Nağıyev haqda - Açıqlama

Siyasət

23 İyun 2019 11:02 11737



“Əli Nağıyev professional çekist və təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran kadrdır”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri Namiq Abbasov Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunmasına münasibət bildirərkən deyib.

Sabiq nazir “AzPolitika.info”ya yazılı açıqlamasında bu barədə fikirlərini qeyd edib. N.Abbasov bildirib ki, vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində yetişmiş, peşəkar təhlükəsizlik zabiti olan Əli Nağıyevin yenidən xüsusi xidmət orqanının rəhbərliyinə qaytarılmasını yüksək qiymətləndirir:

“Əli Nağıyev uzun müddət  Milli Təhlükəsizlik Nazirliyində çalışmış və nazir müavini vəzifəsinədək yüksəlmişdir. Əli Nağıyev professional çekist və təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran kadrdır. O, işlədiyi müddətdə ölkəmizin milli təhlükəsizliyinin təminatında mühüm rol oynamışdır”. Dördpendirli pizza

Sabiq nazir bildirib ki, Prezident İlham Əliyevin Əli Nağıyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin etməsi dövlət başçısının uğurlu kadr siyasətinin davamı kimi qiymətləndirilməlidir: “Bu, həm də Əli Nağıyevə olan etimadın bariz nümunəsidir”.

Namiq Abbasov DTX rəisinə uğurlar diləməklə yanaşı, onun vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə inandığını da ifadə edib: “Mən Əli Nağıyevə bu çətin və şərəfli işdə uğurlar arzu edirəm. Və hesab edirəm ki, ölkəmizin milli təhlükəsizliyi etibarlı əldədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!