Keçmiş NBA oyunçusu Delonte Uest dilənçilik edərkən görüntülənib.
Yenisabah.az "Independent"ə istinadla xəbərinə verir ki, Virciniya ştatının Aleksandriyya şəhərindəki magistral yolda çəkilmiş kadrlarda keçmiş NBA oyunçusunun yoldan keçənlərdən pul istəməsi əks olunub.
Onun əlində daşıdığı kartonda nə yazıldığı bəlli deyil. pizza
38 yaşlı məşhur daha əvvəl də oxşar xəbərlərlə gündəmə gəlmişdi. 10 il əvvəl NBA-dan ayrılan D. Uest 2020-ci ilin yanvarında doğulduğu Vaşinqtonda davaya qarışmışdı.
"Dallas Mavericks"in sahibi Mark Kuban 2021-ci ildə narkotik asılılığı ilə yanaşı, bipolyar pozğunluğun da öhdəsindən gəlməyə çalışan Delonte Uesti reabilitasiya klinikasına yerləşdirmişdi.
Telegram kanalımız