Keçmiş vəkil faciəli şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş vəkil faciəli şəkildə öldü

Sosial

15 Aprel 2025 11:35 327


Sabiq vəkil Elçin Namazov faciəli şəkildə vəfat edib.

Yenisabah.az xəbər verir ki, Vəkillər Kollegiyasının keçmiş üzvünün Bosniya və Herseqovinada ölümünün təfərrüatları hələlik məlum deyil.

E.Namazov 2011-ci ilin sentyabrında Vəkillər Kollegiyasının qərarı ilə vəkillikdən uzaqlaşdırılıb. Qərarda onun məhkəməyə hörmətsizlik edib, vəkillik etikasını pozduğu göstərilib.  pizza mizza

O zaman E.Namazov Kollegiyanın bu qərarını qərəzli, müstəqil vəkillərin susdurulması, çıxdığı siyasi işlərlə bağlı olduğunu hesab edib.

Vəkillikdən uzaqlaşdırılandan bəri E.Namazov məhkəmədə hüquqi nümayəndə kimi çıxırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!