Kəmalə Ağazadədən Bilik Günü paylaşımı: “Onların saçlarını bu səhər biz hördük...”

saytların hazırlanması

Evə çatdırılma

Kəmalə Ağazadədən Bilik Günü paylaşımı: “Onların saçlarını bu səhər biz hördük...”

Sosial

15 Sentyabr 2026 12:53 126


“Azərbaycan uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Bilik Günü ilə bağlı paylaşım edib.

 “Yeni Sabah” xəbər verir ki, o, sığınacaqda yaşayan və analarını itirən qızlarla bağlı paylaşımında kövrək məqamlara toxunub.

 O, paylaşımında analarından birini itirmiş qızın dilindən yazıb: Marqarita pizza

 “Səmaya baxaraq saçını hörürdü... Və öldürülmüş anası ilə danışırdı...

 Ana... Doğrudan o səni öldürüb?

 Yoxsa ölməmək üçün qaçıb gizlənmisən?

 Ana... Qoxun gəlmir neçə vaxtdır...

 Saçlarımı darayardın...

 Yıxılanda “Allah məni öldür!” deyib yerdən qaldırardın... Yaralarımı sığallayardın, öpərdin...

 Səmaya baxaraq saçını hörürdü... Susub-susub üzünü Allaha tutdu:

 “Allah baba, cənnətində analar var... Anam ordadırsa, gizlət anamı... Qatili atam gəlib orada tapar anamı...”

 Onların saçlarını bu səhər biz hördük...

 Sığınacaqda məskunlaşan 9 qızın anası müxtəlif səbəblərdən vəfat edib, 4 qızın anası isə atası tərəfindən qətlə yetirilib”.

Aydan Hacı Formanın Yuxarısı

Formanın Aşağısı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!