“O insan “Tarkanın “T”sına belə yaxın gəlmir”. O, mənim üçün çox maraqsızdır”.
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov bir müddət əvvəl Tarkana bənzədilməsi ilə gündəmə gələn meyxanaçı Aqşin Fateh barədə deyib.
“ATV maqazin onlarla” proqramında qonaq olan ifaçı bu qalmaqalı “səviyyəsiz” adlandırıb: Toyuqlu pizza
“Bilirəm söhbət kimdən gedir. Amma o insan “Tarkanın “T”sına belə yaxın gəlmir”. O, mənim üçün çox maraqsızdır. İnstaqramda qarşıma çıxdı, baxdım, gülümsədim və keçdim. Bildim ki, səviyyəsiz bir qalmaqaldır. Ona görə adını belə çəkmək istəmirəm. Deyirlər, desinlər də... Azərbaycanın “Tarkan”ı, “Murad Boz”u...”.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə mediasının meyxanaçı Aqşin Fatehi "Azərbaycanın Tarkanı" kimi təqdim etməsi xeyli müzakirə olunmuşdu.
Məsələyə münasibət bildirən meyxanaçı onu ələ salanlara təhqirləri ilə cavab vermişdi.
Telegram kanalımız