Kərimin döyülməsinə dair RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Kərimin döyülməsinə dair RƏSMİ AÇIQLAMA

Şou

11 Sentyabr 2024 11:40 493


Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub.

Yenisabah.az report-a istinadla xəbər verir ki, hadisə ötən gün Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş verib.

Müğənni Kərim Abbasov fonaqramma ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib. Sezar pizza

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb:

"Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub".

Araşdırma davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!