Kifayət qədər qan ehtiyatımız var - TƏBİB

saytların hazırlanması

Evə çatdırılma

Kifayət qədər qan ehtiyatımız var - TƏBİB

Sosial

14 Sentyabr 2022 12:13 843


Sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış​ hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlarla rastlaşırıq. Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq. Əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur. 

Bu barədə TƏBİB-dən Yenisabah.az-a verilən məlumatda bildirilib.

"Bütün bunları nəzərə alaraq, sosial şəbəkə istifadəçilərini rəsmi sürətdə təsdiqini tapmamış məlumatları yaymamağa, belə bir halla rastlaşdıqları​ zaman yalnız rəsmi qurumların məlumatlarına istinad etməyə çağırırıq.​ pizza hut

Mərkəzi Qan Bankı vətəndaşlarımızın diqqətinə çatdırır ki, hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman, həmin an​ tibb müəssisələri qanla​ təmin edilə bilər", - məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!