Kılıçdaroğlu İmamoğlu ilə həbsxanada görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Kılıçdaroğlu İmamoğlu ilə həbsxanada görüşdü

Dünya

26 Mart 2025 22:54 637


CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu korrupsiya ittihamı ilə həbs olunan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə Silivri həbsxanasında görüşüb.

Yenisabah.az xəbər verir ki, ziyarətdən sonra həbsxana qarşısında jurnalistlərə açıqlama verən Kılıçdaroğlu İmamoğlunun əhval-ruhiyyəsinin çox yaxşı olduğunu bildirib.

“Onun yüksək əhval-ruhiyyəsinin əsas səbəbi haqlı olduğuna inamıdır. Biz Türkiyənin məsələlərini müzakirə etdik, o, bəzi qeydlər almışdı, zatən dəftəri ilə gəlmişdi. Bizim vəzifəmiz bu ölkəyə ədalətin gəlməsidir. Silivridə çox sayda hörmətli insan var. Gələn həftə də buraya gələcəyəm və yalnız Əkrəm bəyə deyil, başqalarına da baş çəkəcəyəm”, - o vurğulayıb./Axar.az Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!