“Kim at əti yemək istəyirsə, alıb yesin, qadağa yoxdur” - Mütəxəssis

saytların hazırlanması

Evə çatdırılma

“Kim at əti yemək istəyirsə, alıb yesin, qadağa yoxdur” - Mütəxəssis

Sosial

23 Dekabr 2022 13:54 1814


Son vaxtlar vətəndaşlara mal əti adı altında at əti satılması cəmiyyətdə ajiotaj yaradıb. Əslində, belə faktlar nadir hallarda aşkar edilsə də, paytaxt bazarlarında mənşəyi bilinməyən ət məhsullarının satışına tez-tez rast gəlirik. Bizdən fərqli olaraq Orta Asiya ölkələrində at ətindən gündəlik qida rasionunda istifadə edilməsinə baxmayaraq, Azərbaycanda bunu qida mədəniyyətimizə zidd hesab edirlər. 

Bəs görəsən, niyə azərbaycanlılar at ətinə qarşı bu qədər önyarğılıdırlar?

Mövzu ilə Yenisabah.az-a danışan  qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov bunun məhz milli-mentalitetlə əlaqəli olduğunu deyib: Dominos pizza

“Mətbəximizdə də milli-mentalitet deyə bir anlayış var. Azərbaycanda siz suşi yeyə bilərsiniz, amma suşinin “saşimi” variantını yeməyəcəksiniz, çünki çiy balıqlardan hazırlanır. Bu bizim həm mentalitetimizə, həm də həzm sistemimizə uyğun deyil. Hər bir insan öz milli mətbəxində olan təamları yeməlidir, nəyinsə dadına baxmaq üçünsə bəzən fərqli təamlar da yeyə bilərsiniz. Məsələn, Qazaxıstana getmisinizsə, at südü (qımız) içə bilərsiniz, at ətindən hazırlanan yeməklərin dadına da baxa bilərsiniz, burada heç bir problem yoxdur. Tələbat deyə bir şey var, kim at əti yemək istəyirsə, getsin alıb yesin, buna qadağa yoxdur”.

Ekspert qeyd edib ki, at əti yeyilməsinə qadağa olmasa da ölkəmizdə buna tələbat olmadığı üçün satışı da həyata keçirilmir:

“Ümumən ölkədə buna tələbat yoxdur. Mən ictimai iaşə müəssisələrində koordinatoram, otel və restoran mətbəxtlərinin başında dayanıram, onlara at ətindən menyular tərtib etsəm, heç kim gəlib onu yeməyəcək, at əti də qalıb xarab olacaq və tullanacaq. At əti milli mətbəximizə daxil olmadığına görə insanlar bunu qəribə qarşılayırlar.

Donuz əti də belədir. Donuz əti miqdarında yeyilsə, heç bir ziyanı yoxdur, amma islami baxımdan haramdır. Buna görə restoranlarda gedib menyulara baxanda donuz ətini görmürsünüz, çünki tələbat yoxdur. Otellərin menyusuna donuz ətini əlavə edə bilərik, çünki bura beynəlxalq turistlər, iş adamları gəlirlər. Ona görə menyuya alma sousunda bişmiş donuz qabırğasını əlavə etmək olar”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!