Təhsil eksperti Etibar Əliyevin yazıçı Əlisa Nicat haqqında kimayəli rəyi sosial mediada müzakirələrə səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, fələsəgə üzrə fəlsəfə doktoru elçi dərəcəsi olan birinci şəxs paylaşımında qeyd edib:
“Onu filosof adlandıranlara isə demək istəyirəm: Əlisa Nicat filosofdursa, onda mən kosmonavtam… Bizdə “fəlsəfə tarixçi”ləri var, onların da yazdıqlarının əksəriyyəti köçürmədir”. Pepperoni pizza
E.Əliyevin fikirlərinə münasibət bildirən bəzi istifadəçilər deputat Fazil Mustafanın da özünü mütəfəkkir kimi təqdim etdiyini, lakin bu ada layiq olmadığını iddia ediblər.
“Yeni Sabah”a danışan filosof Ağalar Qut fəlsəfə ilə publisistlika arasındakı fərqdən, filosof anlayışının meyarlarından və Şərq fəlsəfəsinin özünəməxsus xüsusiyyətlərindən söz açıb:
“Qədim yunan fəlsəfəsində doksoqrafiya anlayışı vardı. “Doksa” – adi, məlum, zahiri həqiqət deməkdir. Paradoks isə doksaya zidd fikirdir. Doksanı ifadə və təmsil edən doksoqraflar adi, məlum, zahiri məlumatların biliciləri, təbliğçiləri, təkrarçıları idilər. İndi doksoqraflara mütəfəkkir, “opinion leader” (ingiliscədən tərcümədə - ictimai xadim) və yaxud “publisist” deyirlər.
Antik yunan fəlsəfəsinin mövqeyi budur ki, doksoqraf qətiyyən filosof deyil, adi, məlum fikirlərin, məişət həqiqətlərinin dönə-dönə, yeni üslubda və yaxud emosional təsirli ifadəsi hələ fəlsəfə deyildir, çünki filosof mütləq qalıcı heyrət oyandırmalıdır, yəni filosof paradoksal danışmalıdır. Məsələn, Platon nə deyirdi, beş hiss üzvümüz üçün var olan əslində mövcud deyildir, beş hiss üzvümüz üçün yox olan əslində mövcuddur. Yaxud, Zenon paradoksları kimi, uçan ox dayanıb, yəni hərəkət sonsuz sayda hərəkətsiz anların cəmidir.
Filosof paradoksal danışdığı üçün isə kütləyə qarşı olmalıdır, kütlə də ona. Ümumiyyətlə, fəlsəfi orijinallığın taleyi adətən təqibdir”.
A.Qut qeyd edib ki, kütlə ilə toqquşmaq baxımından tənha Şərq filosofları bu meyara uyğun gəlirlər:
“Azərbyacanda Məcnunluq, Kefli İskəndərlik, Müsibəti Fəxrəddinlik motivi var, amma Şərqdə vəziyyət müəyyən qədər fərqlidir. Çünki Şərqdə filosof peyğəmbərlik və şairliklə çulğalaşır və kütləviləşir. Biz xoşlayırıq batində filosof, zahirdə səthi olmağı.
Filosof söykənməməlidir, o, özü-özündən söykənək yaratmalıdır. Kiməsə, nəyəsə söykənirsənsə, haradansa çıxış edirsənsə, hələ filosof deyilsən. Bu mənada filosofluq mənşəyə təmas etmək, ilkinliyə toxunmaq deməkdir. Başlıca şərt budur.
Qaldı adını çəkdiyiniz hörmətli şəxsiyyətlərimizə, mən kimin filosof kimin qeyri-filosof olmağını müəyyən edəcək şəxs deyiləm. Hətta elə olsaydım da, filosofluq möhürünü mənimsəməyə utanardım. “Filankəs filosofdur, filankəs deyildir” deyib özümü gülünc vəziyyətə salmaq istəmərəm.
Məsələ burasındadır ki, fəlsəfənin əbədi və mənasız suallarına verilən cavablar və izahlar, adətən, təkrardan və təqliddən ibarətdirlər. İnsanların çox böyük əksəriyyəti fəlsəfi ərazilərə keçən kimi dərhal başlayırlar təqlidə və təkrara. Çünki bu ərazilərdə təzə olmaq az qala mümkünsüzlüyə yaxındır. Bu səbəbdən də kiminsə yaxasından yapışmaq da olmur ki, sən niyə təkrarçı və yaxud nə üçün təqlidçisən”.
Aydan Hacı
Telegram kanalımız