Nazarbayevin bu hüququ ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Nazarbayevin bu hüququ ləğv edildi

Dünya

19 Avqust 2026 16:39 102


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2020-2030-cu illər üçün Xarici Siyasət Konsepsiyasına dəyişiklik edib.

"Yeni Sabah" xəbər verir ki, Birinci Prezident Nursultan Nazarbayevin Qazaxıstan xalqına xarici siyasət təşəbbüsləri ilə müraciət etmək ömürlük hüququ ləğv olunub.

Tokayevin müvafiq fərmanında deyilir ki, "7-ci fəslin 1-ci bəndi çıxarılsın". Konsepsiyadakı bu bənd əvvəllər "Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası haqqında" konstitusiya qanununun müddəalarını ehtiva edir və tarixi missiyasına görə Nazarbayevə dövlət quruculuğu, daxili və xarici siyasət və milli təhlükəsizlik kimi vacib məsələlərlə bağlı təşəbbüslərlə xalqa, dövlət qurumlarına və vəzifəli şəxslərə müraciət etmək ömürlük hüququ verirdi. Dördpendirli pizza

Bundan əlavə, konsepsiyanın mətni yeni Konstitusiyaya uyğunlaşdırılıb. Xüsusilə, "vətəndaş" termini "Qazaxıstan Respublikasının vətəndaşı" olaraq dəyişdirilib, "Müstəqillik" və "Suverenlik" böyük hərflərlə yazılıb və "Parlament" sözü "Kurultay"la əvəz edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!