"Etibar bəy düz deyir. Dağ Yəhudiləri İcmasının binasında belə bir tədbir həqiqətən olub. Çox gözəl tədbir idi. Azərbaycanın ictmai-siyasi həyatında təmsil olunan xeyli adam bu tədbirdə iştirak edirdi”.
Bunu “Yeni Sabah”a “Demokratiya və İnsan Hüquqları Komitəsi” İB-nin sədri Çingiz Qənizadə deyib.
O, təhsil eksperti Etibar Əliyevin sözlərinə münasibət bildirərkən “David Seliverstov”un (Kazım Abbasov) sözügedən tədbirlə əlaqəsini danıb: Toyuqlu pizza
“Mən tədbirə qonaq kimi dəvət olunmuşdum. Həmçinin icma rəhbəri Milix Yevdayevlə çox yaxşı münasibətimiz, dostluğumuz var. Tədbirin keçirilməsi və planlaşdırılması mənə qədər olmuşdu.
Tədbir başlamazdan öncə, həm kitabın müəllifi, həm də kitabla bağlı digər şəxslər xahiş etdilər ki, tədbirin aparıcısı mən olum. Mən həm də Vaqif Abdullayevlə yaxın dostam. Ola bilər ki, Etibar Əliyev “David Seliverstov”u o tədbirdə görsün. Lakin bu tədbirin “David Seliverstov”a heç bir aidiyyəti yox idi. Bəhs etdiyim tədbirdə deputat Anatoli Rafaelov də iştirak edirdi. Görünür, “David Seliverstov” da onunla bərabər gəlmişdi”.
Hüquq müdafiəçisi vurğulayıb ki, “David Seliverstov” özünü dəfələrlə tədbirlərə çağırsa da, iştirak etməyib:
“David Seliverstov”la mənim tanışlığıma gəlincə, bəli, mən “David”in özünün təşkil etdiyi bir tədbirdə iştirak etmişəm. Həmin tədbirdə bir neçə millət vəkili də iştirak edirdi. Baxdım ki, tədbirin mahiyyəti və keyfiyyəti sanki görüntü xarakterlidir və belə hesab etdim ki, onun tədbirlərində iştirak etməyə ehtiyac yoxdur. Sonra məni daha bir neçə tədbirə çağırdı. Amma getmədim. O, özünü xeyriyyəçi kimi qələmə verirdi.
Bir dəfə də mən ondan xahiş etdim ki, bir kasıb tələbə ali məktəbə qəbul olub, onun təhsil haqqına sizin fond kömək etsin. Həmin tələbənin təhsil haqqını bir neçə dostla yığışıb ödədik. Zamanla “David Seliverstov”la bağlı neqativ məlumatlar mənə daxil olduqca, kəşf etməyə başladım ki, o, düzgün adam deyil. Sonralar məlum oldu ki, “David Seliverstov” dəfələrlə dələduzluq əməlinə görə məhkum olunub. Ağır Cinayətlər Məhkəməsi bu şəxs residiv elan olunub. Özünü həmişə vəzifəli şəxs kimi təqdim edib. Aldatdığı qurbanlara özünü polis və digər qurumların əməkdaşı kimi təqdim edib. Bu, milli bir dələduzdur.
Hüquq müdafiəçiləri Novella xanım, Səidə xanım, Səadət xanım və mənə müraciət olundu. Biz daha sonra bunu monitorinq qrupu ilə müzakirə etdik. “David Seliverstov” bir vətəndaşın 90 min manat pulu almışdı və qaytarmırdı. Üstəlik həmin adama hədə-qorxu gəlirdi. Daha sonra bəzi adamlar məlum verdi ki, “David Seliverstov” onları da aldadıb. Bu barədə məlumat verdik. Bu gün də cəmiyyətə müraciət edirik ki, bu şəxsin əməlindən zərər çəkənlərin hər biri mətbuata, bizə və hüquq mühafizə orqanlarına müraciət edə bilər. Onsuz da araşdırma davam edir və belə düşünürəm ki, bu milli dələduz öz cəzasını almalıdır”.
Xatırlatma: sabiq deputat Etibar Əliyev öz “Facebook” səhifəsində David Seliverstovla birlikdə iştirak etdiyi tədbir barəsində yazıb. O qeyd edib ki, sözügedən şəxslə birlikdə 2025- ci ilin mayın 7- də sabiq icra başçısı Vaqif Abdullayevin ivrit dilinə tərcümə olunmuş “Dostumuz, müttəfiqimiz”kitabının təqdimatında iştirak edib. Həmin tədbirin aparıcısı isə Çingiz Qənizadə olub.
Hazırda özünü “David Seliverstov” kimi təqdim edən Kazım Elşən oğlu Abbasovun barəsində dələduzluq, saxta sənəd istifadəsi və səlahiyyətlərin mənimsənilməsi kimi əməllərə görə hüquq-mühafizə orqanları (Prokurorluq və Daxili İşlər Nazirliyi) araşdırma aparılır.
K.Abbasov hələ 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) ittiham irəli sürülüb. Sonradan məhkəmənin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. K.Abbasov barəsində Xəzər rayon prokurorluğu Cinayət Məcəlləsinin 310-cu maddəsi (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.2-ci maddəsi (saxta sənədlərdən bilə-bilə istifadə etmə) ilə cinayət işi başlanıb. Bu iş üzrə Kazım Abbasov 2 il müddətinə azadlıqdan məhrumetmə və 3500 manat cərimə cəzasına məhkum olunub.
Daha sonra, təqdim olunan məlumatlara əsasən, Kazım Abbasov 29 sentyabr 2014-cü ildə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Bu iş üzrə ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə – külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı elan olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib və 2022-ci ildə azadlığa çıxıb.
Nazim Hacıyev
Telegram kanalımız