Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olundu -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olundu - FOTO

Sosial

19 Avqust 2026 14:37 103


Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub.

"Yeni Sabah"a xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mustafayev bu vəzifəyə təyin edilib.

O, 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) fərqlənmə diplomu ilə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bitirib. 1994–1995-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçib. 1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. pizza mizza

O, COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat rəhbəri kimi bu mötəbər beynəlxalq tədbirin təşkilati və inzibati idarəetmə proseslərində fəal iştirak edib. Bu təyinatadək Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərən H.Mustafayev strateji planlaşdırma, institusional koordinasiya və təşkilati idarəetmə sahələrində geniş təcrübəyə malik mütəxəssis kimi tanınır.

Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Dövlət qulluğunun baş müşaviridir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!