“İrşad” ənənəvi “Yaşıl Cümə” kampaniyasına start verir. Kampaniya 21–31 avqust tarixlərində keçiriləcək və elektronika, məişət texnikası, mebel və digər kateqoriyalarda 70%-dək real endirimlər təqdim olunacaq.
"Yeni Sabah" xəbər verir ki, kampaniya çərçivəsində müştərilər seçilmiş məhsulları endirimli qiymətlərlə 18 aya faizsiz, həmçinin 6 aya faizsiz və komissiyasız əldə edə biləcəklər.
“Yaşıl Cümə” kampaniyası gündəlik ehtiyaclardan tutmuş, uzun müddətdir planlaşdırılan alış-verişlərədək müxtəlif məhsulları daha sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır. Marqarita pizza
Yeni smartfon, televizor, məişət texnikası, mebel və digər məhsullar almaq istəyənlər kampaniya müddətində xüsusi endirim və ödəniş imkanlarından yararlana biləcəklər.
Kampaniya həm “İrşad” mağazalarında, həm də onlayn platformada keçirilir və təkliflərdən yalnız 21–31 avqust tarixlərində yararlanmaq mümkündür.
Kampaniya çərçivəsində satışa çıxarılan bəzi məhsullar və endirimlər:
Yeni Redmi 17 smartfonu – 150 AZN endirimlə;
Honor planşetləri – 20% endirimlə;
iPhone 15, 16 və 17 modelləri – 300 AZN endirimlə;
iPhone 17 Pro və 17 Pro Max 256 GB – 500 AZN endirimlə;
Delonghi ECAM 220.60.B qəhvəbişirən – 600 AZN endirimlə;
Taube TB-ST90M elektro ülgüc – 75% endirimlə, 39,99 AZN əvəzinə 9,99 AZN;
Apple AirPods 4 – 110 AZN endirimlə, 289,99 AZN;
XM Kettle Ardesto EKL-T32S elektrik çaydanı – 70% endirimlə, 14,99 AZN;
Smart Watch Mibro C4 – 60% endirimlə, 149,99 AZN əvəzinə 59,99 AZN;
HP 250 G10 notbuku – 350 AZN endirimlə.
Beləliklə, dərs ili öncəsi elektronika və məişət texnikası almaq istəyənlər də kampaniyanın təqdim etdiyi endirim və faizsiz ödəniş imkanlarından yararlana bilərlər.
Telegram kanalımız