Kim Kardaşyan Bakıya gəlir?

saytların hazırlanması

Evə çatdırılma

Kim Kardaşyan Bakıya gəlir?

Şou

10 Sentyabr 2026 17:35 193


Məşhur amerikalı teleulduz, 46 yaşlı Kim Kardaşyan Bakıya səfər edə bilər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun mümkün səfəri sentyabrın 24-26-da Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi ilə bağlı ola bilər. Yarışın əsas ulduzlarından biri Kardaşyanın sevgilisi, yeddiqat dünya çempionu Luis Hemilton olacaq.

Kardaşyanın bu il Formula 1 yarışlarına marağı xüsusilə diqqət çəkib. O, iyun ayında Monako Qran-prisinə məhz Hemiltona dəstək olmaq üçün gedib. Kardaşyan bacısı Xloye ilə birlikdə görüntülənib və Ferrari qarajında Hemiltonu dəstəkləyib. Həmin yarışda Hemilton ikinci yeri tutub. Yarışdan sonra britaniyalı pilot Kardaşyanın dəstəyinin onun üçün “möhtəşəm” olduğunu bildirib. Dördpendirli pizza

Kardaşyanla Hemiltonun münasibətləri də son aylarda daha ciddi xarakter alıb. Cütlük əvvəlcə birlikdə görüntülənmələri ilə gündəmə gəlsə də, iyun ayında münasibətlərini sosial mediada açıq şəkildə nümayiş etdirib. Daha sonra birlikdə tətilə çıxmaları və romantik fotolar paylaşmaları onların münasibətlərinin davam etdiyini göstərib.

Hemiltonun Azərbaycan Qran-prisində iştirakı dəqiqdir. Kardaşyanın isə sevgilisinə dəstək üçün Bakıya gəlib-gəlməyəcəyi hələlik məlum deyil. Hazırda bununla bağlı nə Kardaşyandan, nə də onun komandası tərəfindən rəsmi açıqlama verilib.

Xatırladaq ki, Kim Kardaşyan ermənipərəst mövqeyi ilə tanınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!