Şimali Koreya lideri Kim Çen In nüvə silahı istehsalını artırmağı əmr edib.
Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Şimali Koreya Mərkəzi Agentliyi (KCNA) yayıb.
Martın 27-də Kim Çen In Nüvə Silahları İnstitutunun KXDR-in nüvə silahlı qüvvələrinin keyfiyyət və kəmiyyət cəhətdən gücləndirilməsində əldə edilmiş irəliləyişlərə dair hesabatını dinləyib. Toyuqlu pizza
Koreya lideri çıxışında ordunu istənilən vaxt və hər yerdə nüvə silahından istifadə etməyə hazır olmağa çağırıb. Həmçinin, nüvə qüvvələrinin davamlı olaraq gücləndirilməsinin vacibliyini bəyan edib.
Onun sözlərinə görə, üstün güc düşmənləri qorxutmalı, KXDR hökumətini, xalqını və ictimai asayişini qorumalıdır.
Eyni zamanda, Kim Çen In vurğulayıb ki, KXDR-in nüvə silahı başqa ölkələrə qarşı yönəlməyib: "KXDR hökuməti yalnız sülh və sabitlik üçün çalışır”.
Xatırladaq ki, KXDR bu yaxınlarda nüvə silahı sistemlərini sınaqdan keçirmək üçün bir sıra hərbi təlimlər keçirib.
Telegram kanalımız