Azərbaycan Kinematoqrafçılar İttifaqının kinoyazar.az saytının fəaliyyəti dayandırılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə kinoşünas Aygün Aslanlı sosial şəbəkə hesabında bildirib.
O bunun müvəqqəti yoxsa həmişəlik olduğunun bilinmədiyini vurğulayıb və indiyədək əməkdaşlıq etmiş müəlliflərə minnətdarlıq edib. Online alış-veriş
Kinoşünas qeyd edib ki, bu sualların cavabını Şəfiqə Məmmədova bilir.
Qeyd edək ki, kinoyazar.az saytı 2022-ci ildə yaradılmışdı.
Aydan Hacı
Telegram kanalımız