Kirayə ev axtaranların nəzərinə - Bu tarixdən sonra rahat olacaq

saytların hazırlanması

Evə çatdırılma

Kirayə ev axtaranların nəzərinə - Bu tarixdən sonra rahat olacaq

Sosial

11 Sentyabr 2026 16:32 549


Yeni tədris ilinin başlaması ilə Bakıda tələbə kirayə evlərinə tələbat da artıb. Paytaxtda universitetlərin yerləşdiyi ərazilərə yaxın evlərə marağın yüksəlməsi kirayə qiymətlərini yenidən gündəmə gətirib. Büdcəsi məhdud olan tələbələr isə həm münasib qiymətə, həm də nəqliyyat baxımından əlverişli ev axtarırlar.

 Bəs hazırda Bakının hansı ərazilərində tələbələr daha münasib qiymətə ev tapa bilər?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov tələbələrin əsasən 500-600 manatlıq mənzillərə üstünlük verdiyini bildirib: Dördpendirli pizza

“Bu, hazırda çox aktual məsələdir. Bir çox istehlakçı, əsasən də birinci kursa qəbul olunmuş Bakı şəhərindəki tələbələr mənzil tapmaqda çətinlik çəkirlər. Təkcə mənzil qiymətləri baha deyil, hətta ev tapmaq belə problemə çevrilib. Daha çox az və orta büdcəli mənzillərdən söhbət gedir. Yəni dəyəri 500-600 manata qədər olan evlərə tələbat çox yüksəkdir. Xüsusilə şəhərin daxilində, məktəblərə, ali təhsil müəssisələrinə və akademik rayonlara çıxışı olan ərazilərdə bu tələbat daha çoxdur. Belə olan halda, əvvəlki illərdə olduğu kimi, əsasən birinci kursa qəbul olmuş tələbələr bu vəziyyətdən daha çox əziyyət çəkirlər”.

Ekspertin sözlərinə görə, kirayə evlərə yüksək tələbat oktyabrın ortalarına qədər davam edəcək:

“Hazırda şəhərdən kənar ərazilərdə ev tapmaq mümkündür. Şəhərin daxilində isə ən azı 1-2 ay ərzində bu tendensiya davam edəcək. Oktyabrın ortalarına qədər vəziyyət belə olacaq. Oktyabrın ortalarından, təxminən 10-15-dən sonra tələbat azalacaq və ev tapmaq daha rahat olacaq. Əvvəlki illərdə tələbələrin çoxu Masazır və Xırdalan ərazilərinə çıxmışdılar. Lakin bunun mənfi tərəfi odur ki, yol üçün çox vaxt sərf olunur. Səhər gedəndə, axşam qayıdanda tələbələr məsafəyə görə əlavə yol xərcləri ilə qarşılaşırlar.

Amma şəhərin təhsil müəssisələrinə nisbətən aralı yerləşən, nəqliyyat baxımından əlverişli, gediş-gəlişi rahat olan yerləri tələbələrə tövsiyə edərdim. Tələbələr ev kirayələyərkən mütləq müqavilə imzalasınlar. Müqavilə hər iki tərəfin öhdəliklərini təmin edir. Evdə olan əşyalar mütləq qeyd olunmalıdır. Həmin əşyaların vəziyyəti də müqavilədə göstərilməlidir. Bundan başqa, evdən vaxtından əvvəl çıxarılma ilə bağlı məhdudiyyətlər qoyulmalıdır.

 Məsələn, evdən 6 aydan tez çıxmaqla bağlı müəyyən şərtlər müqavilədə qeyd oluna bilər. Tərəflər arasında razılaşmaya əsasən, bu müddət ərzində ev sahibi müqaviləni poza bilməz və qiyməti artıra bilməz. Əvvəlki borcların da ev sahibi tərəfindən sıfırlanması yaxşı olar. Daha sonra qanunun tələblərinə görə, 2 aydan çox yaşayış yerini dəyişən şəxs qeydiyyata düşməlidir. Bunun üçün evin çıxarışı və müvafiq sənədləri olmalıdır.

Bəzi tələbələr hesab edirlər ki, onlar tez-tez evlərinə gedib-gəlirlər, məsələn, həftəsonları evlərinə qayıdırlar və buna görə qeydiyyata düşməyə ehtiyac yoxdur. Belə halda isə ən azı evlə bağlı müvafiq sənədlər olmalıdır. Evi kirayə verən şəxs kimdirsə, ödənişi qəbul edən və sizinlə müqavilə bağlayan şəxs də həmin şəxs olmalıdır. Sənədlər də həmin evə aid olmalıdır. Yəni həmin şəxs evin kirayəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmalıdır. Özü olmadıqda isə etibarnaməsi olmalıdır”.

 Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!