Kirayə mənzil gözləyənlərə şad xəbər

saytların hazırlanması

Evə çatdırılma

Kirayə mənzil gözləyənlərə şad xəbər

Sosial

05 Avqust 2026 15:39 94


İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsində yerləşən daha 204 tam təmirli mənzili vətəndaşların istifadəsinə verib.

“Yeni Sabah” fondun məlumatına əsasən xəbər verir ki, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış sahələri 1, 2 və 3 otaqdan ibarətdir. Mənzillər üzrə aylıq ödəniş məbləği 620 manatdan başlayır.

Bildirilib ki, mənzillərin seçimi üçün sistem avqustun 12-də saat 15:00-da aktivləşdiriləcək. Maraqlanan şəxslər həmin vaxtdan etibarən təqdim olunan mənzillər arasından seçim edə biləcəklər. pizza

Qeyd olunub ki, müraciətlər "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsilə qəbul ediləcək. Bu sistem Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya olunub.

Mənzil seçimi zamanı təhlükəsizlik və şəffaflığın təmin edilməsi məqsədilə vətəndaşların identifikasiyası SİMA biometrik identifikasiya vasitəsilə aparılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!