“Kişi bunu daha rahat edir“ - Müğənni

saytların hazırlanması

Evə çatdırılma

“Kişi bunu daha rahat edir“ - Müğənni

Şou

25 Yanvar 2023 15:19 833


"Şou proqramlara, toylara heç yarım saatlıq da getmirəm. Çünki özümü narahat hiss edirəm, rahat olmuram".

Yenisabah.az axşam-a istinadla xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz deyib.

"Səhər mərkəzi" verilişində qonaq olan sənətçi toylara getməməyinin səbəbini açıqlayıb:  Sezar pizza

"Bilmirəm bu nə ilə əlaqəlidir. Filarmoniyanın, Opera və Balet teatrının səhnəsinə çıxıb ifamı səsləndirəndə daha rahat oluram. Səhnə mənimdir. Amma hər hansısa bir qohumumun xoş məclisinə gedəndə və orada çıxış edəndə çox çətin olur. Heç rahat olmuram. Özümü xoşbəxt hiss etmirəm.

Belə məclislərdə gedib oxuyuramsa, sonra da ora getdiyimin peşmançılığını çəkirəm. Kişi sənətçilər üçün toy məclisində iştirak etmək daha rahatdır. Amma biz qadınlar üçün düşünürəm narahatdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!