Klublar “Mançester Siti”ni Premiyer Liqada istəmir

saytların hazırlanması

Evə çatdırılma

Klublar “Mançester Siti”ni Premiyer Liqada istəmir

İdman

07 Oktyabr 2026 11:03 97


Premyer Liqasında çıxış edən klublar "Mançester Siti"nin gələcək mövsümdən etibarən ölkənin elitasında mübarizə apara bilməyəcəyi qənaətindədir.

“Yeni Sabah” Sky Sports-a istinadla xəbər verir ki, çempionatın digər iştirakçıları maliyyə fırıldaqçılığı və qayda pozuntuları ilə bağlı aparılan araşdırmaların fonunda Mançester təmsilçisinin gələn mövsüm Premyer Liqada yer almayacağını düşünürlər.

Klubların bu gözləntisi "Mançester Siti"yə qarşı irəli sürülən çoxsaylı maliyyə "fair-play" pozuntuları üzrə aparılan məhkəmə və intizam araşdırmalarının sərt sanksiyalarla nəticələnəcəyi ehtimalını daha da gücləndirib. Mümkün cəzalar arasında klubun elit diviziondan kənarlaşdırılması (aşağı liqaya düşürülməsi) variantı ən real ssenarilərdən biri kimi qiymətləndirilir. Toyuqlu pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!