Koçaryan: İrəvanın Tramp Marşrutuna heç bir təsiri olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Koçaryan: İrəvanın Tramp Marşrutuna heç bir təsiri olmayacaq

Dünya

07 Oktyabr 2025 13:46 332


"Siz hələ də Nikol Paşinyanın hər dediyinə inanırsınız?"

Yenisabah.az armenian news-a istinadla xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan deyib.

O, Ermənistan hökumətin “Tramp Marşrutu”na nəzarət edə biləcəyinə şübhə ilə yanaşıb: pizza hut

"O, sadəcə olaraq yalan danışır. Bu yol uzunmüddətli müqaviləsi əsasında onu idarə edəcək şirkətə veriləcək. Ermənistan Respublikası nəyisə diktə edə biləcəkmi?” - deyə Koçaryan vurğulayıb.

Keçmiş prezident əlavə edib: "Əgər marşrut Yeraşxa (Arazdəyən) çatmasa, İranın Culfasından keçən dəmir yolu İrana daxil olmasa, bu layihədən benefisiar olmayacağıq. Bu, göz qabağındadır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!