Kombi işləmirsə və isti su vermisə kombi ustası nasazlığı mərhələli diaqnostika, texniki yoxlama və uyğun təmir üsulları ilə aradan qaldırır. Problemin dəqiq müəyyən edilməsi, düzgün ehtiyat hissələrinin istifadəsi və yekun sınaqlar kombinin təhlükəsiz, sabit və uzunmüddətli işləməsini təmin edən əsas amillərdir.
Kombi nasazlığın səbəbi necə müəyyən edir?
İlk olaraq kombinin ekranında xəta kodu olub-olmadığına baxılır. Sonra su təzyiqi, qazın alışması, isti suyun işləməsi və radiatorların vəziyyəti yoxlanılır. Bundan sonra nasos, temperatur sensorları, elektron plata və digər əsas hissələr ayrıca yoxlanılır. Bu mərhələlər problemin haradan qaynaqlandığını dəqiq göstərir. Dördpendirli pizza
Bəzən kombi suyu qızdırmır, amma səbəb hər dəfə eyni olmur. Bir cihazda problem istilik dəyişdiricisindən, digərində isə sensor və ya elektron platadan çıxa bilər. Buna görə heç bir hissə səbəb dəqiqləşmədən dəyişdirilmir. Əvvəl nasazlıq tapılır, sonra uyğun təmir aparılır.
Kombi ustası hansı kombi nasazlıqlarını aradan qaldırır?
Kombinin işə düşməməsi, suyun kifayət qədər qızmaması, radiatorların isinməməsi və ya işləyərkən səs çıxarması ən çox rast gəlinən nasazlıqlardandır. Bu problemlər nasos, üçyollu klapan, sensor, elektron plata, alışdırma hissəsi və ya istilik dəyişdiricisi ilə bağlı ola bilər.
Yoxlama zamanı hər hissə ayrıca nəzərdən keçirilir. Təmizlənməsi mümkün olan hissələr təmizlənir və işlək vəziyyətə gətirilir. Tam sıradan çıxmış detallar isə uyğun ehtiyat hissələri ilə əvəz olunur. Kombi təmiri başa çatdıqdan sonra kombi yenidən işə salınır və bütün funksiyaları yoxlanılır.
Kombi təmirindən sonra hansı yoxlamalar aparılır?
Təmir bitəndən sonra kombinin sadəcə işləməsi kifayət etmir. Su sızması, qaz sistemi, alışdırma hissəsi, su təzyiqi və temperatur göstəriciləri yenidən yoxlanılır. Məqsəd kombinin təhlükəsiz və normal işlədiyinə əmin olmaqdır.
Sonda isti suyun sabit gəlməsi və radiatorların bərabər isinməsi də yoxlanılır. Hər şey normal olduqda təmir tamamlanmış sayılır. Bu yoxlamalar sonradan yarana biləcək əlavə nasazlıqların qarşısını almağa kömək edir.
Telegram kanalımız