Komitə sədri Rafael Fiziyevi hədəfə aldı

saytların hazırlanması

Evə çatdırılma

Komitə sədri Rafael Fiziyevi hədəfə aldı

Siyasət

07 İyul 2026 13:15 71


"Son dövrlərdə süni şəkildə həm cənubdan, həm qərbdən, eləcə də müxtəlif xarici ölkələrdə yaşayan azərbaycanlıların olduğu mühitlərdən ölkəmizə ideoloji təsir göstərməyə yönəlmiş addımlar atılır. Təəssüf ki, bəzən bu məsələlərə ölkə daxilində də kifayət qədər həssas yanaşılmır".

"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

O vurğulayıb ki, idman yarışlarında dini-ideoloji süarların səsləndiriməsi qəbuledilməzdir: pizza

"Məsələn, yaxınlarda keçirilən qaydasız döyüş yarışlarından birində Azərbaycanı təmsil edən idmançının milli musiqi sədaları altında deyil, dini məzmunlu mərsiyə sədaları altında meydana çıxmasının şahidi olduq.

Yarış zalında da həmin sədalar müşayiət olunurdu və bunun vasitəsilə müəyyən dini-ideoloji mesajlar verilirdi. İdmançı qələbə qazandıqdan sonra da Azərbaycan bayrağı ilə yanaşı, başqa ölkələrdə populyar olan dini-ideoloji şüarlar səsləndirirdi. Bunları sadəcə müşahidə edirik. Əgər bu cür halların sayı addım-addım artarsa, gələcəkdə Azərbaycanın dünyəvi dövlət prinsipinin mahiyyətinə zərbə vurulması artıq ciddi problemə çevrilə bilər.

Ona görə də informasiya ilə bağlı qanunvericilikdə, xüsusilə rəqəmsal media texnologiyalarının tənzimlənməsi zamanı bu prinsipin qorunması məsələsinə də xüsusi həssaslıqla yanaşılmalı və bu istiqamətdə zəruri mexanizmlər nəzərdə tutulmalıdır".

F. Mustafa ad çəkməsə də, böyük ehtimalla UFS yarışlarının son qalibi Rafael Fiziyevi nəzərdə tutur. O, iyunun 27-də çempionluq qazanıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!