Konfrans Liqası:   “Neftçi“ növbəti mərhələyə yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Konfrans Liqası: “Neftçi“ növbəti mərhələyə yüksəldi

İdman

28 İyul 2022 23:02 1554


"Neftçi" UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlib.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin "Aris" klubu ilə qarşılaşıb.

Səfərdə 0:2 hesabı ilə uduzan "ağ-qaralar" rəqibinə 3 cavabsız qalib gəlib. Qolları 38-ci dəqiqədə Qodsvey Donyo, 57-ci dəqiqədə Eddi İsrafilov və 62-ci dəqiqədə Kenni Sayef vurub. Marqarita pizza

83-cü dəqiqədə qonaqların heyətində Morqan Braun ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Beləliklə, "Neftçi" Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib. Azərbaycan təmsilçisi növbəti raundda "Rapid" (Vyana, Avstriya) - "Lexiya" (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!