Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.
"Yeni Sabah" xəbər verir ki, artıq bununla bağlı deputatlardan imzalar toplanılıb.
Parlamentin növbədənkənar sessiyasının iyun ayında keçirilməsi nəzərdə tutulur. pizza hut
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.
Parlamentin yaz sessiyası mayın 31-də başa çatır.
Telegram kanalımız