“Konservatoriya məzunlarını nə vaxt ulduz etdiniz?!” – Murad Arifdən irad

saytların hazırlanması

Evə çatdırılma

“Konservatoriya məzunlarını nə vaxt ulduz etdiniz?!” – Murad Arifdən irad

Şou

21 Noyabr 2025 16:28 701


Müğənni və bəstəkar Murad Arif sosial şəbəkə hesabında musiqi və səs anlayışı ilə bağlı  paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o, Azərbaycanda gerçək musiqi və səslərə lazımi dəyərin verilmədiyini bildirib:

“Səsdən danışanlar, bəs nə vaxt konservatoriya məzunlarını izləyib ulduz etdiniz? Teymur Əmrahı, Azər Zeynalovu, Aygün Bəyləri nə zaman trendlərdə birinci etdiniz?” Sezar pizza

Murad Arif vurğulayıb ki, dünyada Cennifer Lopes, Kayli Minoq, Adriano Çelentano kimi minlərlə sənətkar var və onların hamısının güclü səsi yoxdur, amma sənətdə yerləri var:

Mustafa Sandalın səsi var? Yoxsa Dmitri Malikovun? Pop-musiqidə nə səs bazarıdır?

Güclü vokal, güclü səs oxuyan üçün müsbət göstəricidir, razıyam. Amma o güclü səslə Cennifer Lopes (yaxud bəndəniz MA) kimi sevilmirsə, anlayın ki, səs hər şey deyil və səs heç sizə lazım deyil. Sizi and verirəm Barış Mançonun zəif səslə dünya boyda gözəllik yarada bilən ruhuna.

Pop-musiqi ilk növbədə repertuar və xarizma istəyir. Burada Koroğlunun ariyasını oxumurlar.

Oturub-durub səsdən danışan adamın evində “YouTube”u açsan, bir dənə də sənətkar dinləmir. Allah haqqı…”

“Şatap”! Səsdən danışmayın boş-boş. O “tema” ölüb”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!