"Könüllülər yol təhlükəsizliyinin təşviqində" layihəsi başa çatıb.
"Yeni Sabah" xəbər verir ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Layihənin məqsədi gənclər və könüllülər arasında yol hərəkəti təhlükəsizliyi, dayanıqlı şəhər mobilliyi və mikromobillik vasitələrindən təhlükəsiz istifadə ilə bağlı bilik və bacarıqların artırılması olub. pizza mizza
Tədbirin açılışında Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, "Bakı Metropoliteni" QSC-nin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri, Ümumdünya Səhiyyə Təşkilatının eksperti, eləcə də 60-a yaxın könüllü iştirak edib.
Tədbir çərçivəsində "Mikromobillik vasitələrindən təhlükəsiz istifadə" mövzusunda maarifləndirici video təqdim olunub, interaktiv sessiyalar və "Vision Zero Sistemli yol hərəkəti təhlükəsizliyi" mövzusunda təqdimat keçirilib. Layihə qısaməsafəli veloyürüşlə yekunlaşıb, iştirakçılara sertifikatlar təqdim edilib.
Aytəkin Əzizqızı
Telegram kanalımız