Koronavirusun ilk simptomları nədir? - ÜST açıqladı
06 Apr 2020 10:37
883

Koronavirusun ilk simptomları nədir? - ÜST açıqladı

Ümumdünya Səhyyə Təşkilatının (ÜST)  nümayəndəsi Marqaret Harris koronavirus infeksiyasının ilk simptomlarını açılqayıb.

Yenisabah.az xəbər verir ki, o, virusun ilk simptomlarının yüksək hərarət və titrəmə olduğunu bildirib. ÜST-ün nümayəndəsi “Rossiya 1” telekanalının çəkdiyi “Təhlükəli virus” filmində jurnalist Nailə Əsgərzadəyə verdiyi müsahibədə qeyd edib ki, virusa yoluxanlar hər şeydən əvvəl gecə yarısı 38 dərəcədən yuxarı tempuraturla oyanırlar. Bu vəziyyət istilik, titrəmə və şüur qarışıqlığı ilə müşaiyət olunur.  “İnsanlar özlərini çox pis hiss edir, nə baş verdiyini anlamırlar”-deyə Harrison vurğulayıb.

ÜST nümayəndəsinin sözlərinə görə, xəstələrin 90 faizi bu simptomlar barədə danışıb.

Martın 11-dən ÜST koronavirusla bağlı pandemiya elan edib. Hazırda son məlumatlara görə, 208 ölkədə 1 milyon 200 xəstə var. Onlardan 67 min nəfəri ölüb, 256 mini sağalıb.

 

 

Oxşar xəbərlər