Azərbaycanda kreditlərin sığortalanması bazarında müsbət dinamika müşahid olunur.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 3 milyon 190 min manat sığorta haqqı toplanıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta haqqı yığımlarında artım qeydə alınıb. Belə ki, 2025-ci ilin ilk 8 ayında bu göstərici 2 milyon 878 min manat təşkil etmişdi. Dominos pizza
Yığımların artmasına baxmayaraq, həyata keçirilən sığorta ödənişlərində kəskin azalma baş verib. Cari ilin yanvar-avqust aylarında kreditlərin sığortalanması üzrə cəmi 34 min manat ödəniş edilib ki, bu da ötən ilin analoji dövründəki 47 min manatlıq göstəricidən nəzərəçarpan dərəcədə azdır.
Telegram kanalımız