Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Zahid Oruc məhkəmə qərarlarının vaxtında icrası və kredit-maliyyə sektorundakı icra işlərinin dinamikası ilə bağlı vacib məsələlərə toxunub.
"Yeni Sabah" xəbər verir ki, deputat bildirib ki, məhkəmə qərarlarının icrasındakı bəzi ləngimələr və problemlər təkcə bank sektoruna və zərərçəkənlərə deyil, ümumilikdə məhkəmə sisteminin və hüquqi mexanizmlərin səmərəliliyinə mənfi təsir göstərir.
Z.Oruc 2021-ci ildən etibarən icra işlərinin sayı və həcmində kəskin artımın müşahidə olunduğunu vurğulayıb: Pepperoni pizza
"Həmin il göstəricilərin 25,7 faiz artaraq 387 milyona çatdığı bildirilir. Pandemiya dövründə ailə gəlirlərində baş verən dəyişikliklər də bu göstəricilərə birbaşa təsir göstərib. Xüsusilə kredit münasibətləri üzrə icra işlərində ciddi artım var. 2022-ci ildə bank kreditləri ilə bağlı 74 075 icra işi daxil olduğu halda, 2024-cü ildə bu göstərici 102 minə yüksəlib. Qiymətli kağızlar bazarında problemli kreditlərlə bağlı icra işlərinin sayı da 40 minə yaxındır. 2025-ci ilin müvafiq rübündə təminatsız kreditlər və fiziki şəxslərin borc öhdəlikləri üzrə 600 icra işi qeydə alınıb. Rəsmi məlumatlara görə, ümumilikdə təxminən 1 milyon 300 min icra işi həyata keçirilib ki, bu da kredit-maliyyə məsələlərinin icra prosesində ana yeri tutduğunu göstərir".
Deputat məhkəmə aktlarının icra göstəriciləri nəzərə alınaraq hüquqi imkanların genişləndirilməsini, mövcud mexanizmlərin təkmilləşdirilməsini və borc öhdəliklərinin icrası zamanı kompensasiya mexanizmlərinin yenidən baxılmasını vacib sayıb.
Mərkəzi Bankın statistikasına istinad edən millət vəkili əlavə edib ki, 2026-cı ilin əvvəlində bank sektorunda ödənişi 90 gündən artıq gecikmiş qeyri-işlək kreditlərin həcmi 932,3 milyon manata çatıb və eyni dövrdə kredit artımı əvvəlki göstəricilərlə müqayisədə üç dəfə yavaşlayıb.
Çıxışının sonunda Z.Oruc girov mexanizmlərinin sosial baxımdan həssaslığına diqqət çəkərək, hökumətin təminatsız kreditlərə və borclanma mexanizmlərinə xüsusi həssaslıqla yanaşmasının, girovlu kreditlər üzrə öhdəliklər pozulduqda isə girovun taleyinin qanunla daha şəffaf tənzimlənməsinin zəruri olduğunu bildirib.
Nazim Hacıyev
Telegram kanalımız