Yasamalda yerləşən orta məktəblərdən birində yanğın törətməyə cəhdlə bağlı 6 nəfər saxlanılıb. Onların arasında məktəbin 10 və 11-ci sinif şagirdləri də var.
"Yeni Sabah" xəbər verir ki, oktyabrın 12-də paytaxtın Yasamal rayonunda yerləşən orta məktəblərin birində yanğın törətməyə cəhd göstərilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci siniflərində təhsil alan daha 5 nəfər saxlanılıb. pizza sifarişi
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda araşdırma aparılır.
Aytac Əliyeva
Telegram kanalımız