Sabah Bakıya duman çökəcək – Səhər yola çıxanların diqqətinə!

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıya duman çökəcək – Səhər yola çıxanların diqqətinə!

Sosial

13 Oktyabr 2026 12:41 87


Bakıda sabah səhər və axşam saatlarında arabir duman olacaq. Gecə saatlarında isə bəzi ərazilərdə qısamüddətli az çiskin gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. pizza mizza

Havanın temperaturu gecə 17-21, gündüz 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 24-29 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 7-12, gündüz 15-20 dərəcə isti gözlənilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!