Azərbaycanda nəqliyyatda böyük dəyişiklik

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda nəqliyyatda böyük dəyişiklik

İqtisadiyyat

13 Oktyabr 2026 13:35 127


2026-cı ilin yanvar-sentyabr ayları ərzində ölkənin nəqliyyat və anbar təsərrüfatı sektorunda xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,0 faiz artaraq 12 milyard 816,6 milyon manat təşkil edib.

“Yeni Sabah” statistik göstəricilərə əsasən xəbər verir ki, ümumi xidmətlərin 7 milyard 652,2 milyon manatı və ya 59,7 faizi yük daşınmasının, 3 milyard 495,5 milyon manatı (27,3 faizi) sərnişin daşınmasının, 1 milyard 668,9 milyon manatı (13,0 faizi) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.

Hesabat dövründə nəqliyyat sektorunda daşınan yüklərin həcmi 3,0 faiz artaraq 183,1 milyon tona çatıb. Yükdaşımaların əsas hissəsi – 63,5 faizi avtomobil nəqliyyatının payına düşüb. Eyni zamanda, yüklərin 25,1 faizi boru kəməri, 7,6 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı ilə daşınıb. pizza sifarişi

Sərnişin daşımalarında da artım dinamikası müşahidə olunub. Cari ilin doqquz ayında 1 milyard 771,3 milyon sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çoxdur. Sərnişinlərin 90,5 faizi avtomobil nəqliyyatı, 8,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri vasitəsilə mənzil başına çatıb.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!