Kremlə hücum əmri ABŞ-da verilib - Peskov

saytların hazırlanması

Evə çatdırılma

Kremlə hücum əmri ABŞ-da verilib - Peskov

Dünya

04 May 2023 14:16 876


Kremlə pilotsuz təyyarələrlə zərbə endirmək qərarı Kiyevdə deyil, Vaşinqtonda qəbul edilib.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib: "Həm Kiyevdə, həm də Vaşinqtonda bunu inkar etmək üçün bu cür cəhdlər, əlbəttə, tamamilə gülüncdür. Çox yaxşı bilirik ki, bu cür aksiyalar və terror aktları ilə bağlı qərar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev isə artıq onların dediyini icra edirlər. Sezar pizza

Bilirik ki, çox vaxt hətta məqsədləri də Kiyev müəyyən etmir, onlar Vaşinqtonda müəyyən edilir və sonra bu məqsədlər Kiyevə çatdırılır ki, Kiyev onları yerinə yetirsin. Hər dəfə də Kiyevə vasitə seçimi hüququ verilir".

Peskov əlavə edib: "Vaşinqton aydın şəkildə başa düşməlidir ki, biz bunu bilirik. Bu, bizdə olan məlumatlardır, bizim xüsusi xidmət orqanlarımızın əldə etdiyi məlumatlardır. Vaşinqton bunu bildiyimizi və münaqişədə birbaşa iştirakın nə qədər təhlükəli olduğunu başa düşür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!