“Krosna” qrupu parçalandı - SƏRT İTTİHAMLAR -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Krosna” qrupu parçalandı - SƏRT İTTİHAMLAR - VİDEO

Şou

08 İyun 2026 12:36 113


Son vaxtlar məşhurlaşan “Krosna” qrupu dağılıb.

“Yeni Sabah” xəbər verir ki, qrupun tərkibində dəyişiklik edilərək gitaraçı Tunar Tağıyevin kollektivdən uzaqlaşdırılıb.

Bu barədə Tunar Tağıyev sosial şəbəkədə paylaşım edib. pizza mizza

O bildirib ki, kollektivə böyük vaxt və maliyyə resursu sərf etməsinə baxmayaraq, sonda kənarlaşdırılıb:

“Stabil işimi bir kənara qoyub, standart gəlirlərimdən keçib gecəmi-gündüzümə qatıb inanırdım ki, yaxşı işlər ortaya çıxardacağıq. "Qardaş" dedim, evimə dəvət etdim, avadanlıq, işıqlandırma, vizual görünüş, geyimə, coraba qədər mən təşkil etdim, amma axırda mən lazımsız oldum. Mənə gəlib dedilər ki, qrup dağılır, hərə fərdi şəkildə fəaliyyət göstərəcək.

Sonra öyrəndim ki, “Krosna” fəaliyyətini davam etdirir, sadəcə məni çıxardıblar və əlavə gitariaçı götürüblər. Sırf bu məsələni sponsorlardan gizlətmək üçün haqqımda yazılan rəyləri silirlər. Birlikdə yığdığımız səhifəni də özləri işlədirlər. Bu videonu nifrət üçün yox, öz haqqımı qorumaq üçün çəkirəm”.

Qeyd edək ki, son dövrlərdə qrupun “İstəyirəm səni” adlı mahnısı Bakıda metro stansiyalarında səsləndirilib və dinləyicilər arasında geniş yayılıb.

Əsmətxanım Rzazadə 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!