Ermənistanda generalın general oğlu axtarışa verildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda generalın general oğlu axtarışa verildi

Dünya

20 Aprel 2026 16:18 413


Ermənistanda istefada olan general-mayor Qriqori Xaçaturov axtarışa verilib.

“Yeni Sabah”ın xəbərinə görə, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb

Q.Xaçaturova qarşı xüsusilə külli miqdarda qanunsuz əldə edilmiş daşınmaz əmlakın leqallaşdırılması və çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb. pizza

O, Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sabiq baş katibi general-polkovnik Yuri Xaçaturovun oğludur. 

Ata Xaçaturov 2008-ci ilin mart ayında konstitusiya quruluşunu devirməkdə ittiham olunub. Ermənistanın keçmiş prezidenti Robert Koçaryana da eyni iş üzrə ittiham irəli sürülüb. İş 2008-ci ildə Koçaryanın prezidentlik vəzifəsindən gedərək səlahiyyətlərini seçkilərdə qalib gələn Serj Sarkisyana təhvil verməyə hazırlaşdığı hadisələrlə bağlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!