Mayın 25-də Minskdə KTMT ölkələrinin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.
Yenisabah.az “Sputnik”ə istinadla xəbər verir ki, bu sözləri Belarusun müdafiə naziri Viktor Xrenin KTMT ölkələrinin beynəlxalq hərbi əməkdaşlıq qurumları rəhbərlərinin görüşündə deyib.
Nazirin sözlərinə görə, yeni çağırışlar və təhdidlər nəzərə alınmaqla, əməkdaşlıq möhkəmləndiriləcək. pizza sifarişi
Bugünkü görüşdən sonra Belarus Müdafiə Nazirliyi bildirib ki, təşkilata sədrlik dövründə gərginliyin və münaqişə potensialının azaldılması, eləcə də birgə tədbirlər vasitəsilə üzv dövlətlərin KTMT-də qarşılıqlı etimad səviyyəsinin artırılması üçün bütün mümkün səylər göstəriləcək.
Qeyd edək ki, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın da daxil olduğu KTMT-yə bu il Belarus sədrlik edir.
Telegram kanalımız