Kürdəmirdə baş verən yol qəzasında azyaşlı xəsarət alıb.
Yenisabah.az xəbər verir ki, 1996-cı il təvəllüdlü rayon sakini, Mansur Pənahov idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə 2015-ci il təvəllüdlü piyada Rəvan Baxşəliyevi vurub.
Zərərçəkən müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bakıda online alış-veriş
Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Həkimlər R. Baxşəliyevin vəziyyətini ağır olaraq qiymətləndirirlər.
Telegram kanalımız