Kürün suyu düşdü: Balıqlar üçün təhlükə
11 İyn 2019 20:51
267

Kürün suyu düşdü: Balıqlar üçün təhlükə

Son günlər Kür çayının aşağı axınında suyun səviyyəsi 1,3 metr aşağı düşüb.

Bu, həm Salyan, həm də Neftçala rayonları ərazisində nəzərə çarpır.

Belə ki, suyun səviyyəsinin aşağı düşməsi nəticəsində çayın bəzi yerlərində adalar əmələ gəlib. Kür sahili boyu quraşdırılmış dayanıqlı su nasosları isə tam gücü ilə işləyə bilmir. 

Ekoloqların fikrincə, çayda suyun səviyyəsinin bu qədər aşağı düşməsi flora və faunaya da təsir göstərir. Üstəlik, Kürün delta hissəsində balıqlar çaya girə bilmir. Bu da gələcəkdə balıqların nəslinin tükənməsinə gətirib çıxara bilər. Mütəxəssislərin qənaətinə görə, Kür çayında enmələr belə davam edərsə, gələcəkdə vəziyyət kritik həddə çata bilər.

Oxu.Az

Oxşar xəbərlər