2027-ci ildə fondun vəsaiti hesabına 444 minə yaxın şəxs aktiv məşğulluq tədbirlərinə cəlb ediləcək və 14,5 min ailə üçün kiçik təsərrüfatlar qurulacaq.
“Yeni Sabah” xəbər verir ki, proqnoza əsasən, 2027-ci ildə fondun gəlirləri cari illə müqayisədə 30,6 milyon manat (12,8%) artaraq 268,9 milyon manat təşkil edəcək. Ayrılan vəsaitlər işsizliyə görə sığorta ödənişləri ilə yanaşı, özünüməşğulluq proqramının icrasına, peşə hazırlığına, haqqı ödənilən ictimai işlərə, əlavə təhsilə, peşəyönümü məsləhət xidmətlərinə və peşə standartlarının hazırlanmasına yönəldiləcək.
Cəlalə Cəlalqızı İnternetdən sifariş
Telegram kanalımız