Sizin (Vyetnamın – red.) sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir.
"Yeni Sabah" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşdə söyləyib.
“Sizin də doğru qeyd etdiyiniz kimi, cənab Prezident, münasibətlərimiz strateji əhəmiyyət daşıyır. Ötən il Sizin Azərbaycanda dövlət səfəriniz zamanı biz bu münasibətləri rəsmən strateji səviyyəyə yüksəltdik, lakin bu münasibətlər hətta bundan da əvvəl strateji xarakter daşıyırdı”, - deyə dövlət başçısı vurğulayıb. Onlayn mağaza
Telegram kanalımız