Bakı Beynəlxalq Avtovağzalında avtomobil qaçırılıb.
"Yeni Sabah" xitab24.az-a istionadla xəbər verir ki, hadisə “Şəki” adlanan kafenin yaxınlığında olub.
Qaçırılan “Chevrolet Cobalt LTZ” markalı avtomobil polis əməkdaşları tərəfindən Qaradağ postunda saxlanılıb. Məişət texnikası
Soyğun törədən şəxsin Balakən rayonu, Qullar kəndində qeydiyyatda olan İlkin Papaxovu müəyyənləşib.
1990-cı il təvəllüdlü təqsirləndirilən şəxs ifadəsində hadisəni törədərkən sərxoş olduğunu bildirib:
“Maddi imkanım olmadığı üçün avtobusa minə bilmədim. Nəticədə işlək vəziyyətdə olan həmin maşını sürüb getdim. Yolpulum yox idi, rayon istiqamətinə gedənlərdən xahiş etdim, heç kim aparmadı. Rayona gedib valideynimin məzarını ziyarət etmək istəyirdim”.
Avtomobilə ziyan dəymədiyi üçün zərərçəkən şəxs İlkin Papaxovdan şikayətçi olmayıb.
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinən İ.Papaxov 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Telegram kanalımız