Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı

Hadisə

21 Noyabr 2026 11:43 128


Paytaxtın Yasamal rayonunda evdən meyit tapılıb.

Hadisə İnşaatçılar prospektində yerləşən mənzillərin birində baş verib.

Ölən şəxsin 1960-cı il təvəllüdlü Elşad Rüstəmov olması müəyyən edilib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. İnternetdən sifariş

Bildirilib ki, meyiti tapılan şəxs Xalq rəssamı Cahangir Rüstəmovun oğludur.

O, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasında müəllim kimi fəaliyyət göstərib.

Qeyd edək ki, C.Rüstəmovun 2 oğlu var. Onun böyük oğlu Eldar Rüstəmov texniki elmlər üzrə fəlsəfə doktoru, dosentdir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!